Putin prezidentlikdən gedir? - Gözlənilməz açıqlama

Putin prezidentlikdən gedir? - Gözlənilməz açıqlama
  05 Sentyabr 2016    Oxunub:4622
Rusiya prezidenti Vladimir Putin “Bloomberg” agentliyinə müsahibəsində 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib- etməyəcəyi haqda sualı cavablandırıb.

AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin hələlik bu haqda danışmağın tez olduğunu deyib.

“Mən ya seçkilərdə iştirak edə, ya da etməyə bilərəm. Əgər iştirak etməsəm, onda başqası Rusiya prezidenti seçiləcək və artıq vətəndaşların özləri kimə səs vermək barədə qərar verəcəklər”, - deyə Putin qeyd edib.

O, eyni zamanda vurğulayıb ki, hazırda 2018-ci ildən sonra iqtisadiyyatın inkişafı üzrə strategiya hazırlanır. Putin, həmçinin gələcək Rusiya prezidentinin necə olması barədə də danışıb: “Gələcək lider kifayət qədər gənc, lakin yetkin olmalıdır”.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti