Baş nazir əvvəl Bakıya, sonra İrəvana getdi

Baş nazir əvvəl Bakıya, sonra İrəvana getdi
  05 Sentyabr 2016    Oxunub:2712
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Ermənistana rəsmi səfərə gedib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, baş naziri Zvartnots beynəlxalq hava limanında erməni həmkarı Ovik Abramyan qarşılayıb.

Kvirikaşvili səfər çərçivəsində Abramyan və Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

Gürcüstan nümayəndə heyətinin tərkibinə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini David Dondua daxildir.

Qeyd edək ki, Kvirkaşvili ötən həftə Bakıda səfərdə olub.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti