Məmmədyarov yeni səfirlə görüşdü

Məmmədyarov yeni səfirlə görüşdü
  05 Sentyabr 2016    Oxunub:1013
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Onno Kerversi qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, E. Məmmədyarov Onno Kerversi ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Etimadnaməsinin surətini nazirə təqdim edən O. Kervers diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti