Lənkəranda 50-yə yaxın uşaq zəhərlənib

Lənkəranda 50-yə yaxın uşaq zəhərlənib
  06 Sentyabr 2016    Oxunub:1670
Lənkəran rayonunun ucqar Daşdatük kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.
AzVision.az-ın Report-a istinadən verdiyi məlumata görə, sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə zəhərlənmə diaqnozu ilə 50-dən çox xəstə daxil olub.

Xəstələr son üç gün ərzində zəhərlənsələr də, yalnız bu gün xəstəxanaya müraciət ediblər. Xəstələrin əksəriyyətini 3-12 yaş arası uşaqlar təşkil edir. Onların arasında 2 nəfər böyük də var.

Bəzləri zəhərlənmənin sudan baş verdiyini ehtimal etsə də, kənd sakinləri bunu təkzib ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti