Olimpiadada yığmamızın rəqibləri məlum oldu

Olimpiadada yığmamızın rəqibləri məlum oldu
  06 Sentyabr 2016    Oxunub:2057
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib.
Olimpiadanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hesabat turunda Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Hindistanla qarşılaşacaq.

4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. Azərbaycanın ikinci komandası Türkmənistanla, üçüncü yığma isə Zimbabve ilə üz-üzə gələcək.

Daha əvvəl Zimbabve Azərbaycanın əsas yığmasına uduzub. Türkmənistan isə üçüncü milliyə qalib gəlib.
Qadınlardan ibarət əsas yığmanın rəqibi Almaniya olacaq. İkinci milli İspaniyanı, üçüncü komanda Özbəkistanı sınağa çəkəcək.

Qeyd edək ki, III turda Azərbaycanın qadınlardan ibarət ikinci komandası Almaniya ilə heç-heçə oynayıb.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti