Qarabağda erməni əsgər işgəncə ilə öldürülüb

Qarabağda erməni əsgər işgəncə ilə öldürülüb
  06 Sentyabr 2016    Oxunub:10497
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində meyiti tapılan erməni əsgərin işgəncə ilə öldürüldüyü müəyyənləşib.

AzVision.az “news.am”a istinadən xəbər verir ki, bu barədə məhkəmə tibbi ekspertizasının rəyində qeyd olunub.

Lakin ekspertiza yekun olaraq ölümün güllə yarasından baş verdiyini təsdiq edib.

KİV-in yaydığı xəbərə görə, bu il iyunun 17-də meyiti idman meydançasında aşkarlanan Qrant Qriqoryanın atası Qaruş Qriqoryan cəsədin üzərində çoxlu sayda qara qançırların olduğunu bildirib: "Dirsəkdən yuxarı hissəsi göm-göy idi. Görünür, onun qollarını sıxıblar".

Hadisə ilə bağlı "ölüm həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. Əsgərin komandiri V.Balayan həbs edilib.

Qeyd edək ki, bu il iyunun 17-də 1997-ci ildə anadan olmuş Qrant Qaruşeviç Qriqoryan odlu silahdan açılan atəş nəticəsində öldüyü barədə xəbər yayılmışdı.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti