Putin Kərimovun məzarı önündə diz çökdü - Yenilənib- VİDEO

Putin Kərimovun məzarı önündə diz çökdü - Yenilənib- VİDEO
  06 Sentyabr 2016    Oxunub:23803
Rusiya prezidenti Vladimir Putin Özbəkistanın mərhum prezidenti İslam Kərimovun həyat yoldaşı və qızı ilə görüşərək, onlara başsağlığı verib.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən Putin İslam Kərimovun məzarını ziyarət etdikdən sonra Özbəkistan prezidentinin Səmərqənddəki iqamətgahına gedib.

Burada Kərimovun şəkilinin önünə gül dəstəsi qoyduqdan sonra Putin İslam Kərimovun həyat yoldaşı Tatyana Kərimova və kiçik qızı Lola Kərimova-Tillyayeva ilə görüşüb.

Putinin Kərimovlar ailəsi ilə danışığı mətbuata qapalı şəkildə aparılıb.

***
(10:25)

Rusiya prezidenti Vladimir Putin İslam Kərimovun məzarını ziyarət edib.

Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

Şəhərə gəldikdən sonra Putin Kərimovun dəfn olunduğu məzarlığa gəlib.

Rusiyalı lider Özbəkistan baş naziri ilə birgə İslam Kərimovu yad edib. Putin diz çökərək Kərimovun məzarına qızılgüllərdən ibarət gül dəstəsi qoyub.

***
(10:42)

Rusiya prezidenti Vladimir Putin Özbəkistanın mərhum prezidenti İslam Kərimovu anmaq üçün Səmərqəndə gedib.

Bu barədə AzVision.az “İnterfax”-a istinadən xəbər verir.

Qeyd edək ki, ötən gün Putin Özbəkistana səfər edəcəyini bildirmişdi. O, həmçinin bəyan etmişdi ki, Kərimov həmişə ona mehribanlıqla yanaşıb.

Xatırladaq ki, İslam Kərimov sentyabrın 2-də vəfat edib, sentyabrın 3-də isə Səmərqənddə dəfn olunub.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti