`Rusiya Özbəkistanın ən etibarlı dostudur` - Putin

`Rusiya Özbəkistanın ən etibarlı dostudur` - Putin
  06 Sentyabr 2016    Oxunub:1990
Özbəkistan xalqı və rəhbərliyi ən etibarlı dost kimi tam mənada Rusiyaya ümid edə bilər.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Özbəkistanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin bildirib.

“Təbii ki, biz ümid edirik ki, prezident İslam Kərimov tərəfindən əsası qoyulan hər bir şey davam etdiriləcək. Biz öz tərəfimizdən özbək xalqı və Özbəkistan rəhbərliyini dəstələmək üçün əlimizdən gələni edəcəyik. Ən etibarlı dost kimi tam mənada bizə etibar edə bilərsiniz”, - deyə Putin Özbəkistanın baş naziri Şövkət Mirzoyevlə görüşü zamanı bildirib.

Rusiya prezidenti vurğulayıb ki, İslam Kərimov ölkələr arasında qarşılıqlı əlaqələr üçün möhkəm əsas qoyub: “Ölkələr arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır”.

Putin qeyd edib ki, Kərimov danışıqlar zamanı ikitərəfli əlaqələrin perspektivlərindən danışarkən həmişə respublikanın potensialının bundan asılı olduğunu bildirib: “Biz həmişə bunu yüksək qiymətləndirirdik”.

Rusiya lideri, həmçinin qeyd edib ki, onun ölkəsi Özbəkistan, iki xalq və mədəniyyətlər arasında əlaqələrə dəyər verir.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti