Ermənistan ordusu yenə itki verdi

Ermənistan ordusu yenə itki verdi
  06 Sentyabr 2016    Oxunub:3105
Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində erməni ordusunun bir əsgəri ölüb.
AzVision.az xəbər verir k, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Biz döyüş mövqeyində bir əsgərin yoxa çıxdığını öyrəndik. Həyəcan siqnalı verdik. əsgərin cəsədi ötən gün axşam döyüş mövqeyindən bir qədər aralıda tapıldı. Hələlik hadisənin baş vermə səbəbi bilinmir”, - deyə məlumatda bildirilir.

Erməni tərəfi ölən əsgərin adını açıqlamır. Cermuk şəhərində doğulan əsgər müqavilə əsasında Ermənistan ordusunda xidmət edib. Erməni əsgər evli olub və onun 3 yaşlı qızı olub.

Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti