NATO-nun baş katibi Türkiyəyə gedir

NATO-nun baş katibi Türkiyəyə gedir
  06 Sentyabr 2016    Oxunub:1418
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər sentyabrın 8-9-da baş tutacaq. İki günlük səfəri çərçivəsində baş katib Türkiyə rəsmiləri ilə görüşlər keçiriəcək.

Y.Stoltenberqin Türkiyədə keçirəcəyi görüşlərdə İŞİD və terrorçuluğa qarşı mübarizənin əsas müzakirə mövzusu olacağı istisna edilmir.

Qeyd edək ki, bu, 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO baş katibinin ittifaqın üzvü olan Türkiyəyə ilk səfəridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti