AFFA dəstəklədiyi namizədi açıqladı

AFFA dəstəklədiyi namizədi açıqladı
  06 Sentyabr 2016    Oxunub:1938
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA prezidenti vəzifəsinə seçkilərdə hazırda Sloveniya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışan Aleksander Çeferinin namizədliyini dəstəkləyəcəyini açıqlayıb.

AzVision.az-ın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi bu il sentyabrın 14-də, Yunanıstanın paytaxtı Afinada keçiriləcək seçkidə Aleksander Çeferinə səs verəcəyi barədə qərar qəbul edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti