`İranlılar müsəlman deyil` - Qalmaqallı bəyanat

`İranlılar müsəlman deyil` - Qalmaqallı bəyanat
  06 Sentyabr 2016    Oxunub:17490
Səudiyyə Ərəbistanının baş müftisi Abduləziz Əli Şeyx bəyan edib ki, iranlılar müsəlman deyil.
Bu barədə AzVision.az “Associated Press”-ə istinadən xəbər verir.

Maraqlı məqam bundan ibarətdir ki, şeyxin bu bəyanatı İranın ali dini lideri Əli Xameneyinin ötən il Həcc ziyarətində sıxlıq zamanı vəfat edən zəvvarların Səudiyyə rəhbərliyi tərəfindən öldürülməsi haqda çıxışından bir gün sonra verilib.

Abdüləziz Əli Şeyxin sözlərinə görə, İran tərəfinin bu cür bəyanat səsləndirilməsi onu təəcübləndirmir, çünki iranlılar zərdüştlərin nəslindəndir, ona görə də müsəlman deyillər.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti