Papa Bakıya `Hamımız qardaşıq` şüarı ilə gəlir

Papa Bakıya `Hamımız qardaşıq` şüarı ilə gəlir
  07 Sentyabr 2016    Oxunub:9426
Roma Papasının Azərbaycana planlaşdırılmış səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs taxt-tacın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, şüar İncildə Matfeyin sözləri (23,8) və Roma-katolik kilsəsinin bütün insanlar vahid ailənin bir hissəsidir və qardaşlıq və dostluğa yönəlib nəzəriyyəsindən ilham alıb.

Məlumatda həmçinin qeyd olunur ki, səfərin loqotipi şüarın mahiyyətini əks etdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti