Deputatlar Güləni gətirmək üçün ABŞ-a getdilər

Deputatlar Güləni gətirmək üçün ABŞ-a getdilər
  07 Sentyabr 2016    Oxunub:3295
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarından ibarət nümayəndə heyəti ABŞ-a yollanıb.
AzVision.az-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, nümayəndə heyəti Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddə təqsirləndirilən Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ekstradisiyası, Suriyadakı vəziyyət və Türkiyə-ABŞ münasibətləri kimi məsələlər ətrafında müzakirələrə başlayıb.

Nümayəndə heyətinin həftə ərzində qeyd olunan məsələlərlə bağlı müzakirələri davam edəcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti