Qarabağda daha bir erməni əsgəri öldü

Qarabağda daha bir erməni əsgəri öldü
  07 Sentyabr 2016    Oxunub:2769
Ermənistan ordusu təmas xəttində növbəti dəfə itki verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 7-si, saat 01:30-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşən hərbi hissələrdən birinin dayaq məntəqəsində 1997-ci il təvəllüdlü Arman Qandilyan ölüb.

Qeyd olunub ki, A. Qandilyan döyüş növbəsi qaydalarının pozulması nəticəsində aldığı güllə yarasından ölüb. Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.

AzVision.az


Teqlər:  





Xəbər lenti