Ermənistanın dövlət borcu rekord həddə çatdı

Ermənistanın dövlət borcu rekord həddə çatdı
  07 Sentyabr 2016    Oxunub:4580
Cari ilin altı ayı ərzində Ermənistanın dövlət borcu 5 milyard 343, 8 milyon dollar təşkil edib.

AzVision.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini, ölkənin baş xəzinədarı Atom Canqucazyan bildirib.

Milli pul vahidində bunun 1 trilyon 891, 9 milyard dramı hökumətin, 416,7 milyard dram isə daxili dövlət borcudur. Xarici borcun Ümumi Daxili Məhsula olan nisbəti isə 47%-dir. Bu isə son iki ay ərzində 6 faiz artım demədkir. Ona görə də ilin sonuna kimi dövlət borcunun ümumi daxili məhsulun 60 faizindən çox olacağı istisna edilmir.

Erməni mətbuatında yayılan məlumata görə, hazırda Ermənistanın dövlət borcu ümumi daxili məhsulun yarısından çoxdur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti