Türkiyə terrorçuları bu raketlə məhv edəcək

Türkiyə terrorçuları bu raketlə məhv edəcək
  07 Sentyabr 2016    Oxunub:1942
Türkiyə milli istehsalı olan və həssas idarəolunan SOM raketini təqdim edib.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, silah terrorla mübarizədə istifadə ediləcək.

Qeyd olunub ki, SOM raketi 500 kilometr məsafədə yerləşən, güclü mühafizə olunan quru və dəniz hədəflərini son dərəcə dəqiqliklə vurur, çətin iqlim şəraitində dözümlü, yüksək partlayıcı təsirə malikdir. Bu silahın bütün komponentləri Türkiyədə istehsal olunur.

SOM raketi qırıcı təyyarələrdən ayrılandan sonra qanadları açılaraq hərəkət edən raketin mühərriki bir qədər sonra çalışmağa başlayır və naviqasiya sistemi əsasında hədəfə doğru gedir. GPS siqnalı kəsildikdə belə raket öncədən müəyyən edilən hədəfə dəqiqliklə yaxınlaşır. Raketin xarici görünüşü onun qarşı tərəfin hava müdafiə sistemlərinin radarlarından gizlənməsinə imkan verir.

Hazırda SOM-u daha da inkişaf etdirmək və atəş məsafəsini 500 kilometrdən 2500 kilometrədək artırmaq üçün iş aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti