NATO-nun baş katibi Gürcüstandadır

NATO-nun baş katibi Gürcüstandadır
  07 Sentyabr 2016    Oxunub:1823
NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana iki günlük səfərə gəlib.
AzVision.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, onu Tiflisin hava limanında gürcü rəsmilər qarşılayıb.

NATO-nun baş katibi Yens Stoltenberq səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşəcək. Sonra tərəflər sentyabrın 7-8-də keçiriləcək NATO-Gürcüstan sessiyasının açılışına qatılacaqlar.

NATO-nun baş katibinin səfər çərçivəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili, parlamentin sədri David Usupaşvili və parlament üzvləri, müdafiə naziri Levan İzoria, xarici işlər naziri Mixail Canelidze, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları və media ilə görüşü gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti