Həccə gedən azərbaycanlıların vəziyyəti necədir?

Həccə gedən azərbaycanlıların vəziyyəti necədir?
  07 Sentyabr 2016    Oxunub:2122
“Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan azərbaycanlı zəvvarların hamısı ümrə ziyarətini başa vurublar. Havanın isti olmasına baxmayaraq, zəvvarların vəziyyəti normaldır, sağlamlıqları ilə bağlı narahatlıq yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev deyib.

O bildirib ki, hazırda hacı namizədləri Kəbə evində namaz qılır, dualar edirlər: “Zəvvarların vəziyyəti yaxşıdır. Ümrə ziyarətindən sonra onlar vaxtlarını Kəbə evində dua etməklə keçirirlər. Sentybarın 10-dan 11-nə keçən gecə zəvvarlarımız Ərəfat çölünə səfər edərək Həcc əməllərini yerinə yetirəcəklər. Sentyabrın 12-də isə qurbanlar kəsiləcək”.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 zəvvar gedib.

AzVision.az


Teqlər:





Xəbər lenti