Nazarbayev baş nazir və hökuməti istefaya göndərir

Nazarbayev baş nazir və hökuməti istefaya göndərir
  08 Sentyabr 2016    Oxunub:2056
Baş nazir Kərim Masimov da daxil olmaqla Qazaxıstan hökuməti sentyabrın 9-da istefaya gedəcək.
AzVision.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, sentyabrın 9-da ölkə prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Nazirlər Kabinetinin geniş tərkibli iclası keçiriləcək.

Qeyd edək ki, Kərim Masimov birinci dəfə 2007-2012-ci illərdə baş nazir olub. O, 2012-2014-cü illərdə Qazaxıstan prezidenti administrasiyasının rəhbəri vəzifəsində işləyib. 2014-cü ilin aprelindən yenidən Nazirlər Kabinetinə başçılıq etməyə başlayıb.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti