Ohanyan və bir neçə nazir istefaya göndərilir

Ohanyan və bir neçə nazir istefaya göndərilir
  08 Sentyabr 2016    Oxunub:2168
Ermənistanda nazirlərin kütləvi istefası gözlənilir.
AzVision.az-ın məlumatına görə, “Qraparak” nəşrinə istinadən xəbər verir ki, baş nazir Ovik Abramyanla yanaşı bir neçə nazirin də istefaya gedəcəyi bildirilir.

“Bəzi məlumatlar var ki, xarici işlər naziri Edvard Nalbandyanla yanaşı, kənd təəssüratı naziri Serqo Karapetyan, səhiyyə naziri Armen Muradyan və müdafiə naziri Seyran Ohanyanın istefaya gedəcəyi gözlənilir”, - deyə “Qraparak” nəşri yazıb.

Nəşr həmçinin, iddia edir ki, müdafiə naziri postuna Vladimir Qasparyan gətirilə bilər. Erməni KİV-in məlumatına görə, İrəvanda polis bölməsinin tutulması ilə bağlı hadisədən sonra Qasparyan cəzalanmaq əvəzinə vəzifəsi artırılır.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti