Azərbaycandakı zəlzələ Ermənistanı silkələdi

Azərbaycandakı zəlzələ Ermənistanı silkələdi
  08 Sentyabr 2016    Oxunub:2438
Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ Ermənistanda da hiss olunub.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata əsasən Zaqatalada baş verən zəlzələ Ermənistanın Noyamberyan rayonunda Rixter cədvəli üzrə üç bal gücündə hiss olunub.

Qeyd edək ki, ötən gün saat 20.57-də Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.

Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində 4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti