Ermənistanın baş naziri istefa verdi - Yenilənib

Ermənistanın baş naziri istefa verdi - Yenilənib
  08 Sentyabr 2016    Oxunub:5598
Ermənistan baş naziri Ovik Abramyan istefa verib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın tanınmış news.am saytı məlumat yayıb.

Bildirilib ki, Abramyan istefa ilə bağlı qərarını Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bəyan edib.

"Mən istefaya gedirəm. Bizə yeni yanaşma və yenidən başlamaq lazımdır. Biz gələcəyi düşünməli və yeni hakimiyyəti formalaşdırmalıyıq"-deyə Abramyan vurğulayıb.

Ovik Abramyanın xələfinin sabiq İrəvan meri Karen Karapetyanın təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Ovik Abramyan 13 aprel 2014-cü ildən Ermənistan baş naziri vəzifəsinə təyin olunmuşdu. O, bu vəzifədə Tiqran Sarkisyanı əvəz etmişdi.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti