Ermənistanda bütün nazirlər istefaya göndərilib

Ermənistanda bütün nazirlər istefaya göndərilib
  08 Sentyabr 2016    Oxunub:10828
Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan ölkə hökumətinin istefaya getdiyini bildirib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Koçaryan jurnalistlərə açıqlamasında məlumat verib.

Baş nazir Ovik Abramyanın istefası barədə jurnalistlərin sualını cavablandıran Koçaryan deyib: “Mənim şəxsi hisslərim burada bir o qədər də önəm daşımır. Hökumətin istefaya getdiyi elan edildiyi üçün bu gündən bütün nazirlər vəzifələrini müvəqqəti icra edirlər. Hökumətin yeni tərkibi formalaşdıqdan sonra prosesləri şərh etmək olar”.

Ermənistanın xarici işlər nazir postuna Prezident Aparatının rəhbəri Viqen Sarkisyanın gətiriləcəyi barədə xəbərlərə münasibət bildirən Koçaryan bəyan edib ki, bu barədə yalnız onun namizədliyi təsdiq olunduqdan sonra danışmaq olar.

Qeyd edək ki,bu gün Ermənistan baş naziri Ovik Abramyan istefa verib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti