Lavrov həmsədrlərlə Qarabağı müzakirə etdi

Lavrov həmsədrlərlə Qarabağı müzakirə etdi
  08 Sentyabr 2016    Oxunub:2158
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryunu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-nin rəsmi saytında yer alıb.

Qeyd olunub ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, o cümlədən mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqa əldə olunmuş razılaşmaların reallaşdırılması, habelə Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti