Rusiya XİN Azərbaycana təşəkkür etdi

Rusiya XİN Azərbaycana təşəkkür etdi
  08 Sentyabr 2016    Oxunub:2136
Rusiya paralimpiyaçıları dəstəkləyənlərə, şəxsən Azərbaycandan olan həmkarlarımıza təşəkkürümüzü bildiririk.
AzVision.az bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, azərbaycanlı həmkarlarımız Rusiya paralimpiyaçılarının üzləşdiyi problemi yaxşı anlayırlar: `Biz Bakıya, azərbaycanlı həmkarlarımıza, bu ölkənin vətəndaşlarına Rusiya paralimpiyaçıları ilə bağlı münasibət bildirdiklərinə və yaranmış vəziyyətin ədalətsiz olduğunu anladıqlarına görə minnətdarıq. Bizim üçün bu məqamda dəstək çox vacibdir`.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib.

Paralimpiya Oyunlarının bu gün başlamasını, rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzərə alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina edib və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında Olimpiya Oyunlarına qatılıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti