Nazarbayev baş naziri işdən çıxardı

Nazarbayev baş naziri işdən çıxardı
  08 Sentyabr 2016    Oxunub:6636
Qazaxıstanın baş naziri Kərim Məsimov vəzifəsindən azad edilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, prezident Nursultan Nazarbayev bununla bağlı sərəncam imzalayıb.

Digər sərəncama əsasən K. Məsimov Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunub. Baş nazirin səlahiyyətlərini isə müvəqqəti olaraq baş nazirinin birinci müavini Bakıtcan Saqintayev icra edəcək.

Nazirlər Kabineti yeni hökumət təsdiq olunanadək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Kərim Masimov birinci dəfə 2007-2012-ci illərdə baş nazir olub. O, 2012-2014-cü illərdə Qazaxıstan prezidenti administrasiyasının rəhbəri vəzifəsində işləyib. 2014-cü ilin aprelindən yenidən Nazirlər Kabinetinə başçılıq etməyə başlayıb.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti