Özbəkistanın müvəqqəti prezidenti məlum oldu

Özbəkistanın müvəqqəti prezidenti məlum oldu
  08 Sentyabr 2016    Oxunub:2611
Özbəkistanda prezident səlahiyyətlərinin icrası baş nazir Şövkət Mirziyoyevə tapşırılıb.
AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin hər iki palatasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

Xatırladaq ki, Mirziyoyev 2003-cü ildən bəri baş nazir vəzifəsində çalışır. Bundan əvvəl o, Cizak və Səmərqənd vilayətlərini qubernatoru olub.

Qeyd edək ki, Konstitusiyaya əsasən prezident səlahiyyətləri Senatın sədri Niqmatulla Yuldaşevə keçməli idi.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti