MDB-nin xüsusi xidmət rəhbərləri Bakıda görüşəcək

MDB-nin xüsusi xidmət rəhbərləri Bakıda görüşəcək
  08 Sentyabr 2016    Oxunub:1473
Bakıda sentyabrın 28-də MDB ölkələrinin xüsusi xidmət rəhbərlərinin görüşü keçiriləcək.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu MDB-nin icraçı katibi Sergey Lebedev bildirib. Lebedev görüşün gündəliyi barədə məlumat verməyib.

O, əlavə edib ki, MDB ölkələri miqrasiya idarələrinin rəhbərləri də oktyabrın 12-də Bakıda toplantıda iştirak edəcək.

Bundan başqa 7 oktyabr tarixində İrəvanda MDB ölkələrinin sərhəd xidmətinin rəhbərlərinin iclası olacaq: “Bu toplantılar yalnız yüksək səviyyəli rəsmilərin iştirakı ilə baş tutacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti