Paralimpiya Oyunlarında ilk medalı qazandıq - Yenilənib
Təmsilçimiz yarımfinalda Yaponiya idmançısı Satoşi Fujimoto ilə qarşılaşacaq.
***
Azərbaycan cüdoçusu Bayram Mustafayev yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olacaq.
***
Rio-de-Janeyroda təşkil olunan Paralimpiya Oyunlarında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Bayram Mustafayev Azərbaycana ilk medalı qazandırıb.
Birinci mərhələdən azad olan cüdoçumuz ilk qələbəsini braziliyalı Halison Oliviera Boto üzərində qazanıb. Sonra yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələn cüdoçumuz finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olaraq “Rio-2016”nın gümüş medalı ilə kifayətlənib.
AzVision.az