İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutulub

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutulub
  09 Sentyabr 2016    Oxunub:15267
Türkiyənin Suriya ilə sərhəd Hatay vilayətində antiterror əməliyyatı zamanı İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşı həbs olunub.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxslər Hatayın Reyhanlı qəsəbəsində yaxalanıblar.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə İŞİD-ə mənsub olan 10 Azərbaycan və bir Misir vətəndaşı saxlanıldıqdan sonra müayinə üçün xəstəxanaya aparılıb, daha sonra isə Hatay polisinin təcridxanasına yerləşdirilib.

Onların barəsində hansı tədbirin görüləcəyi daha sonra müəyyənləşdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti