Ərdoğan Putinə zəng etdi - Razılığa gəldilər

Ərdoğan Putinə zəng etdi - Razılığa gəldilər
  09 Sentyabr 2016    Oxunub:2863
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı prezidentlər Türkiyə-Rusiya münasibətlərinin gələcək inkişafı və Suriya məsələsini müzakirə ediblər.

Dövlət başçıları Suriya münaqişəsinin nizamlanması prosesində səylərin koordinasiya edilməsi məqsədi ilə müxtəlif xətlər üzrə intensiv əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti