Kim Çen In yenə dünyaya meydan oxudu

Kim Çen In yenə dünyaya meydan oxudu
  09 Sentyabr 2016    Oxunub:2018
Şimali Koreya Xalq Demokratik Respublikası nüvə sınağı keçirib.
AzVision.az -ın “lenta.ru” ya istinadən verdiyi xəbərə görə, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik partlayışın gücünün 10 kiloton olduğunu açıqlayıb. Hərbçilər qeyd edirlər ki, hazırkı sınaq indiyədək ən güclüsü olub. Müqayisə üçün bu ilin yanvarındakı nüvə partlayışının gücünün 6 kiloton olduğu bildirilir.

Vəziyyətlə əlaqədar Koreya Respublikasının Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

KİV-lər bu addımı Kim Çen Inın dünyaya meydan oxuması kimi qələmə verir.

Qeyd edək ki, sınaq Şimali Koreya Fəhlə Partiyası tərəfindən təsdiq edilmiş strateji nüvə qüvvələrinin yaradılması barədə planın icrası çərçivəsində baş tutub.

AzVision.az


Teqlər:  





Xəbər lenti