`NATO-nun Türkiyəyə ehtiyacı var`

`NATO-nun Türkiyəyə ehtiyacı var`
  09 Sentyabr 2016    Oxunub:1517
“Türkiyənin NATO-ya, NATO-nun da Türkiyəyə ehtiyacı var”.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “CNN Türk” telekanalına açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə NATO qarşısındakı öhdəliklərini yerinə yetirir:

“NATO-ya üzv ölkələrin hər hansı birində demokratik quruluşu hədəf alan hücum ittifaqın təməlinə qarşı hücumdur. Güclü və demokratik bir Türkiyə Avropanın və regionun sabitliyi, təhlükəsizliyi üçün çox önəmlidir”.

Y. Stoltenberq Rusiya ilə Türkiyə arasında gərginliyin azalmasından məmnun olduqlarını vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib. Dövlət başçısının Ankaradakı iqamətgahında keçirilən qəbulda Türkiyə və NATO-nun rəsmi şəxslərindən ibarət heyətləri də iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti