Özbəkistanın yeni prezidenti dekabrda bilinəcək

Özbəkistanın yeni prezidenti dekabrda bilinəcək
  09 Sentyabr 2016    Oxunub:1376
Özbəkistanda prezident seçkiləri dekabr ayının 4-də keçiriləcək.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi seçki komissiyasından məlumat verilib.

Buna qədər isə ölkənin baş naziri Şavkat Mirziyayev müvəqqəti olaraq prezident vəzifəsini icra edəcək.

Qeyd edək ki, Özbəkistanın ilk prezidenti İslam Kərimov sentyabrın 3-də Səmərqənddə dəfn olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti