Nazarbayev yeni baş nazir seçdi

Nazarbayev yeni baş nazir seçdi
  09 Sentyabr 2016    Oxunub:1629
Qazaxıstanda yeni baş nazir təyin olunub.
AzVision.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, prezident Nursultan Nazarbayevin sərəncamı ilə Bakıtjan Saqintayev baş nazir postuna təyin olunub.

Xatırladaq ki, ötən gün Qazaxıstanın baş naziri Kərim Məsimov vəzifəsindən azad edilib.

K. Məsimov Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunub. Baş nazirin səlahiyyətlərini isə müvəqqəti olaraq baş nazirinin birinci müavini Bakıtcan Saqintayev icra edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti