Gediş haqqı bahalaşdı

Gediş haqqı bahalaşdı
  08 Avqust 2013    Oxunub:1306
Azərbaycanda 2013-cü ilin iyul ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 3,6 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, dəmiryol nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,5 faiz, tranzit üzrə isə 1,0 faiz ucuzlaşıb, idxal üzrə 3,1 faiz, yerli əlaqə üzrə 3,0 faiz bahalaşıb.

Beynəlxalq əlaqə üzrə dəmiryol nəqliyyatında sərnişindaşıma tarifləri 1,2 faiz bahalaşıb.

Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 3,3 faiz ucuzlaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 11,0 faiz, digər xarici ölkələrə isə 5,4 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,3 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 0,4 faiz ucuzlaşıb, yerli əlaqə üzrə 8,4 faiz bahalaşıb.


Teqlər:  





Xəbər lenti