`Qalatasaray`ın oyununda kuryoz hadisə

`Qalatasaray`ın oyununda kuryoz hadisə
  11 Sentyabr 2016    Oxunub:1917
Türkiyə Super Liqasının 3-cü həftəsində kuryoz hadisə baş verib. “Kayserispor”la səfər matçına gedən “Qalatasaray” ikinci qapıçısı Cenk Göneni hava limanında yaddan çıxarıb.

Bu barədə AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Hava limanından bir qədər gec çıxan C.Gönen heyəti daşıyan avtobusa gecikib. Sürücü qapıçının avtobusda olduğunu zənn edərək avtobusu hərəkətə gətirib. Sonra məlum olub ki, qapıçı hava limanında yaddan çıxıb qalıb.

C.Gönen sonradan heyətə qoşulub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti