Parisdə 3 terrorçu qadın tutulub

Parisdə 3 terrorçu qadın tutulub
  13 Sentyabr 2016    Oxunub:1167
Fransanın paytaxtı Parisdə avtomobilə qoyulmuş qaz balonlarını partlatmağı planlaşdıran 3 şübhəli qadın həbs edilib.
AzVision.az “France Presse”-ə istinadən xəbər verir ki, polisin aşkarladığı avtomobilin salonunda bir boş, yük yerində isə qazla dolu 6 balon müəyyən edilib.

Avtomobildən həmçinin ərəb dilində yazılmış sənədlər də götürülüb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, polis bundan sonra 19, 23 və 39 yaşlı 3 şübhəli qadını həbs edib. Onlardan biri İŞİD terror təşkilatına sədaqət andı içdiyi məlum olub.

Prokurorluğun məlumatına görə, saxlanılanlar həmçinin Paris regionunun dəmiryol stansiyasında və polis bölməsində partlayış törətməyi planlaşdırırmış.

AzVision.az


Teqlər:





Xəbər lenti