Çavuşoğlu ABŞ səfirinə irad bildirib

Çavuşoğlu ABŞ səfirinə irad bildirib
  14 Sentyabr 2016    Oxunub:1215
“ABŞ-ın Ankaradakı səfiri Türkiyənin qubernatoru deyil, o öz səlahiyyətlərini Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına uyğun şəkildə icra etməlidir”.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ səfirliyinin bəyanatını şərh edərkən deyib.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerikanın Türkiyə hökumətinin 28 yerli özünüidarəetmə orqanının rəhbərini PKK və FETO ilə əlaqəli olduğuna görə vəzifəsindən uzaqlaşdırılması qərarından narahat olduğunu bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti