Prezidentlik üçün 70 yaş senzi ləğv edildi

Prezidentlik üçün 70 yaş senzi ləğv edildi
  14 Sentyabr 2016    Oxunub:2224
Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.
AzVision.az `RİA "Novosti`yə istinadən xəbər verir ki, Türkmənistanda prezidentlik müddəti də 5 ildən 7 ilə qaldırılıb.

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti