Metsamor AES fəaliyyətini dayandırdı
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu stansiyanın direktoru Movses Vardanyan bildirib.
Direktor vurğulayıb ki, AES-də təmir işləri sentyabrın 20-də başlayacaq: "Təmir işləri 61 gün davam edəcək və noyabrın 20-də yekunlaşacaq. Bu tarixdən sonra yenidən istismara veriləcək".
Qeyd edək ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bəyan edib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər.
Eldar Tanrıverdiyev
AzVision.az