Nalbandyan Bişkekə gedir

Nalbandyan Bişkekə gedir
  14 Sentyabr 2016    Oxunub:1381
Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Edvard Nalbandyan 15-16 sentyabrda Qırğızıstana səfər edəcək.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Nalbandyan MDB Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək.

Qeyd edək ki, Ermənistan baş naziri Ovik Abramyan sentyabrın səkkizi istefa verib. Ermənistan qanunvericiliyinə əsasən baş nazirin istefaya getməsi hökumətin buraxılmasına anlamına gəlir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti