UEFA-nın yeni prezident seçildi

UEFA-nın yeni prezident seçildi
  14 Sentyabr 2016    Oxunub:1792
Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın növbədənkənar Konqresi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə UEFA-nın yeni prezidenti məlum olub. Prezidentliyə namizədlər Aleksander Çeferin (Sloveniya) və Mixael van Praaq (Hollandiya) olub. Seçkidə UEFA-nın üzvü olan 55 futbol federasiyası səs verib.

Seçkinin nəticəsinə əsasən, Sloveniya Futbol Federasiyasının rəhbəri Aleksander Çeferin UEFA-nın yeni prezidenti seçilib.


Qeyd edək ki, ali futbol qurumunun əvvəlki prezidenti Mişel Platini rüşvət almaqda təqsirləndirildiyi üçün FIFA tərəfindən futboldan uzaqlaşdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti