Rejimi tənqid edən aktrisa şaxtaya göndərildi

  08 Avqust 2013    Oxunub : 330
Rejimi tənqid edən aktrisa şaxtaya göndərildi
Şimali Koreyanın məşhur parodiyaçısı rejimə qarşı zarafatyana çıxışından sonra şaxtaya işləməyə göndərilib.
AzVision.az xəbər verir ki, aktrisa Li Çun Hon müəssisələrin birində çıxışı zamanı mövcud rejimlə bağlı liberal zarafat etdiyi üçün həbs olunub. Təşkil olunan konsert isə həmin anda dayandırılıb. Hətta ona ailəsi ilə vidalaşmağa belə icazə verilməyib. Aktrisanın həbsinə görə onun qızının toyu təxirə salınıb.

“Radio Free Asia”nın məlumatına görə, onun parodiyası hakimiyyətə təhqir kimi qəbul edilib. Aktrisanın parodiya etdiyi mövzunun təfərrüatları və ona nə qədər müddət cəza verildiyi açıqlanmayıb. Adətən bu cür cəzalar altı ay çəkir.

AzVision.az

Teqlər: