Suriyada atəşkəs rejimi 48 saat uzadıldı

Suriyada atəşkəs rejimi 48 saat uzadıldı
  15 Sentyabr 2016    Oxunub:1781
ABŞ Dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner keçirdiyi gündəlik mətbuat konfransında bildirib.

Toner vurğulayıb ki, iki ölkə rəsmisinin telefon danışığı zamanı Suriyada atəşkəsin daha iki gün uzadılması barədə razılıq əldə olunub: “Əvvəlki günlərlə müqayisədə Suriyada qarşıdurmalar xeyli azalıb. Ancaq, Əsədə bağlı qüvvələrlə bəzi müxalif qüvvələr atəşkəsi yenə pozur”.

Toner təəssüflə qeyd edib ki, bölgəyə humanitar yardımların çatdırılmasında hələ də problemlər qalmaqdadır: “Humanitar yardımların bölgəyə çatdırılmasında problemlər var. Biz Moskvanın Əsəd üzərindəki təsirindən istifadə edərək humanitar yardımların çatdırılmasına köməklik göstərəcəyinə ümid edirik”.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Suriyada atəşkəs elan olunub. Atəşkəs elan olunması barədə razılaşma sentyabrın 10-da İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında keçirilən 13 saatlıq görüşdən sonra əldə edilib. Razılaşma sentyabrın 12-dən qüvvəyə minib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti