İran Türkiyəyə xəbərdarlıq etdi

İran Türkiyəyə xəbərdarlıq etdi
  15 Sentyabr 2016    Oxunub:2259
Türkiyənin Suriyada həyata keçirdiyi istənilən əməliyyat Suriya rəhbərliyi ilə koordinasiyalı şəkildə aparılmalıdır.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moskvada keçirdiyi mətbuat konfransında İranın xarici işlər nazirinin müavini Hüseyn Caber Ənsari deyib. Onun sözlərinə görə, əməliyyatlar eyni zamanda beynəlxalq normalara uyğun olmalıdır.

XİN rəsmis əlavə edib ki, Suriya probleminin nizamlanmasında Rusiya, İran və Türkiyənin mövqelərinin yaxınlaşması üçün zəmin mövcuddur: “Bu, böhrandan çıxış üçün birgə səyin ortaya qoyulması istiqamətində işləyirik. Suriya münaqişəsinin hərbi yolla həlli ola bilməz”.

Hüseyn Caber Ənsari eyni zamanda bilirib ki, rəsmi Tehran İraqın şimalındakı kürd muxtariyyətinin özünü müstəqil elan etməsinin perspektivini görmür: “Hesab edirik ki, iki əsas prinsip üzərində işləmək lazımdır: kürdlərin vətəndaş hüquqlarının gerçəkləşməsinin vacibliyi, İraqın ərazi bütövlüyü məsələsində bölgə dövlətlərinin birliyi və bu ölkələrin parçalanmaması. Əgər parçalanma başlasa, bu prosesin sonu olmayacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti