Almaniya Türkiyədəki bütün nümayəndəliklərini bağlayıb

Almaniya Türkiyədəki bütün nümayəndəliklərini bağlayıb
  15 Sentyabr 2016    Oxunub:1740
Almaniya təhlükəsizliklə bağlı Türkiyədəki səfirlik, konsulluq və məktəblərini bağlayıb.
AzVision.az "Bild" qəzetinə istinadən xəbər verir ki, buna səbəb kimi Almaniya təmsilçiliklərinə hücum ehtimalı göstərilib.

Məlumata əsasən, Almaniyanın səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.

Xatırladaq ki, bu ilin mart ayının 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini təhlükəsizlik səbəbindən bağlamışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti