Azərbaycanlı dənizçilər Rusiyaya sığındı

Azərbaycanlı dənizçilər Rusiyaya sığındı
  15 Sentyabr 2016    Oxunub:5917
Rusiyanın Qara dəniz sahillərində yerləşən Tuapse limanında göyərtəsində azərbaycanlıların da olduğu Türkiyənin “Te Trade & Supply Co” şirkətinə məxsus “Aydın" yük gəmisi saxlanılıb.
AzVision.az “kubnews.ru” saytına istinadən xəbər verir ki, 7 ukraynalı və 4 azərbaycanlıdan ibarət heyət üzvləri Novorossiyskdə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının müfəttişlərinə müraciət ediblər.

Onlar maaşların gecikməsi, pis iş və yaşayış şəraitindən şikayətləniblər.

Rusiya Dənizçiləri Həmkarlar İttifaqının məlumatına görə, gəmi sentyabrın 12-də Tuapse limanına yaxınlaşıb. Ərzağı və yanacağı bitən gəmi qəzalı vəziyyətdə olub. Maaşlarının bir neçə ay gecikməsi səbəbindən şirkətin heyət üzvlərinə 22 600 dollar borcu yığılıb.

Gəmi Beynəlxalq Əmək Təşkilatının tələblərini pozduğu üçün saxlanılıb. Heyətə ərzaq, su və yanacaq verilib.

Ukrayna vətəndaşları artıq repatriasiya üçün müraciət ediblər. Şirkət rəhbərliyinin işçilərə maaşları ödəməsi istiqamətində iş gedir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti