Ermənistanda yeni baş prokuror seçildi

Ermənistanda yeni baş prokuror seçildi
  15 Sentyabr 2016    Oxunub:1399
Ermənistanın parlamenti Artur Davtyanı baş prokuror seçib.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı 97 deputat Davtyanın lehinə, 3-ü əleyhinə səs verib.

Üç bülleten isə etibarsız sayılıb.

Qeyd edək ki, 38 yaşlı Artur Davtyan bu vəzifəyə yeganə namizəd olub.

Xatırladaq ki, bu il avqustun 4-də Ermənistanın baş prokuroru Gevork Kostanyan səhhətində problemin yarandığını əsas göstərərək istefa verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti